Yuxarı

​Pərviz Bağırov: "Qələbəmi anama həsr edirəm"

Hər bir yarış təcrübədir

Bakı. 27 iyun. REPORT.AZ/ "Rəqibim tanınmış idmançıdır. Ona görə də yalnız onun taktikasına uyğun döyüşməyə hazırlaşırdım və istədiyim də alındı". Bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarında boks üzrə 69 kq çəki dərəcəsində qızıl medal qazanan Pərviz Bağırov deyib.

Rəqibini 3:0 hesabı ilə məğlub edən əlcək sahibi döyüşün çətin keçdiyini bildirib: "Finala ən güclü idmançılar yüksəlmişdi. Hər bir yarış təcrübədir".

"Qələbəmi anama, dostlarıma, tanışlarıma, qohumlarıma həsr edirəm", - P.Bağırov bildirib.

O, qarşıdakı ən önəmli yarışın Rio-2016 olduğunu deyib: "Biz də yerimizdə addımlamayacaq, məşq edəcəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi