Bakı. 30 dekabr. REPORT.AZ/ ABŞ-ın məşhur qəzeti "New York Times" Birinci Olimpiya Oyunlarını 2015-ci ilin ən vacib idman hadisələri siyahısına daxil edib.
"Report" "New York Times"a istinadən xəbər verir ki, qəzet iyunun 12-dən 18-nə qədər keçiriləcək oyunlarda 6000-ə yaxın atletin idmanın 20 növündə mübarizə aparacağını qeyd edir.
Bundan başqa, qəzet yazır ki, Bakı özünü bu oyunların əsl sahibi kimi göstərmək niyyətindədir. Bu oyunlar Panamerika, Afrika və Asiya oyunlarının bənzəridir.
Avropa oyunlarından başqa "New York Times" gələn ilin vacib idman hadisələrinin siyahısına Monakoda ralli, Uimbldon, NBA finalı və s. kimi yarışmaları daxil edib.