"Minsk 2019"a yollanacaq idmançılarla MOK-da görüş keçirilib

"Minsk 2019"a yollanacaq idmançılarla MOK-da görüş keçirilib Minsk 2019 II Avropa Oyunlarında iştirak edəcək idmançılar və nümayəndə heyəti ilə Milli Olimpiya Komitəsində (MOK) görüş keçirilib.
Avropa Oyunları
10 İyun , 2019 12:54
Minsk 2019a yollanacaq idmançılarla MOK-da görüş keçirilib
Report / Firi Salim

"Minsk 2019" II Avropa Oyunlarında iştirak edəcək idmançılar və nümayəndə heyəti ilə Milli Olimpiya Komitəsində (MOK) görüş keçirilib.

"Report" xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yarışa böyük nümayəndə heyəti ilə yollandıqlarını vurğulayıb. Qurum rəsmisi bütün idmançıların müəyyən səbəblərdən görüşə qatıla bilmədiyini söyləyib. Hüseynzadə deyib ki, açılış və bağlanış mərasimində yalnız 80 nəfər paradda iştirak edəcək.

Ardınca komanda üzvlərinin Belarusun paytaxtı Minskdə necə qarşılanacağı və yarışla bağlı bir sıra məlumatlar verilib. Təqdimat xarakterli videoda Atletlər Kəndi və bir sıra məkanlarla göstərilib. Bildirilib ki, Azərbaycanı atletlərlə yanaşı, 6 könüllü təmsil edəcək.

Tədbirdə vurğulanıb ki, güləş üzrə qadınlardan ibarət yığma komanda artıq Minskdə təlim-məşq toplanışındadır. Bundan sonra isə Belarusa Bakıdan ilk olaraq cüdo, boks və atıcılıq idman növlərinin idmançıları yollanacaq.

Tədbir çərçivəsində MOK-la yanaşı, Azərbaycan Milli Anti-Dopinq Agentliyi də idmançılara oyunlarla bağlı vacib məlumatları verib.

Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi