Bakı. 8 iyul. REPORT.AZ/ "İlk Avropa Oyunları bir yəhudi və azərbaycanlı kimi mənim üçün qürur mənbəyidir. İki həftə ərzində dünya bizim necə tolerant və qonaqpərvər ölkə olduğumuzu gördü".
"Report" xəbər verir ki, bu barədə Azərbaycandakı dağ yəhudiləri icmasının rəhbəri Milih Yevdayev Amerikada çıxan "Jewish Journal" nəşrində çap olunan yazısında bildirib.
İcma rəhbəri xatırladıb ki, İsrail ilk Avropa Oyunlarına tarixində ən böyük idman nümayəndə heyətini göndərib. Onun sözlərinə görə, bu İsrail və Azərbaycan arasında xüsusi əlaqələrin və əsil dəyərlərin mövcüdluğunu əks etdirir.
"Mən ümid edirəm ki, Avropa Oyunları Azərbaycanın sülh, dostluq və tolerantlıq ənənlərinə sadiqliyinin əhəmiyyətli bir rəmzi kimi yadda qalacaq", - M.Yevdayev bildirib.