Mahir Əmiraslanov: "Bu qələbəni hərbçilərimizə həsr edirəm" - FOTO

Mahir Əmiraslanov: "Bu qələbəni hərbçilərimizə həsr edirəm" - FOTO
Avropa Oyunları
26 İyun , 2019 21:23
Mahir Əmiraslanov: Bu qələbəni hərbçilərimizə həsr edirəm - FOTO
Foto: "Report"
"Bu qələbəni hərbçilərimizə həsr edirəm. Bu yaxınlarda özüm də hərbçi olacam".

Bu fikirləri Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına ezam olunmuş "Report"un əməkdaşına sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Mahir Əmiraslanov deyib.

57 kq çəki dərəcəsində Minsk-2019-un qalibi olan pəhləvan final qarşılaşmasından sonra sevincini bölüşüb. O, bildirib ki, bundan sonra da uğurunu davam etdirmək üçün səylə çalışacaq: "Federasiya rəhbərliyinə - Namiq Əliyevə, Firdovsi Umudova təşəkkürümü bildirirəm. Vitse-prezidentimizin üzərimdə çox böyük əziyyəti olub. Əziyyəti olan hər bir şəxsə minnətdaram. Bu, Azərbaycanın ilk qızıl medalıdır, çox sevinirəm. Axırıncı yox, axarıncı olsun, bayrağımız daim yüksəklikdə dalğalansın. Çalışacağam ki, bundan sonra daim bayrağımızı ucaldım".

Qeyd edək ki, M.Əmiraslanov finalda Stevan Miçiçə (Serbiya) 9:1 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi