Yuxarı
    Bağlamaq

    ​Layonel Zetter: "Azərbaycan böyük idman tədbirlərinin keçirilməsində öz imkanlarını nümayiş etdirdi"

    Avropa Oyunları Azərbaycanda keçiriləcək bir sıra böyük beynəlxalq idman tədbirlərindən birincisidir

    Bakı. 19 iyun. REPORT.AZ/ "İlk Avropa Oyunlarına ev sahibliyi edərək, Azərbaycan nisbətən qısa vaxt ərzində, böyük idman tədbirlərinin keçirilməsində öz imkanlarını və qabiliyyətini nümayiş etdirdi". Bu barədə "Report"a Avropa Azərbaycan Cəmiyyətinin direktoru (TEAS) Layonel Zetter bildirib.

    "Bakı 2015" Avropa Oyunları xəritədə Azərbaycan və onun paytaxtını bir daha qeyd etdi. Avropanın Beynəlxalq Olimpiya Komitəsi himayəsi altında öz oyunlarının olmadığı yeganə qitə olması həmişə təəccüb doğururdu. Hazırda, 50 ölkədən 6000 idmançının iştirak etdiyi bu oyunların keçirilməsi bu anomal vəziyyəti aradan qaldırdı", - L. Zetter bildirib.

    O, bu yaxınlarda Bakıda Formula-1 yarışlarının keçiriləcəyini vurğulayaraq, Avropa Oyunlarının Azərbaycanda keçiriləcək bir sıra böyük beynəlxalq idman tədbirlərindən birincisi olduğunu qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi