Yuxarı

Jorj Gelzek: "Dünyanın ən gözəl körpəsi Bakıda doğulacaq"

Avropa Gimnastika İttifaqının prezidenti Bakıda görülən işlərdən razıdır

Bakı. 3 mart. REPORT.AZ/ "Ümid edirik ki, dünyanın ən gözəl körpəsi Bakıda doğulacaq". "Report"un məlumatına görə, bunu Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Jorj Gelzek Bakıda keçirdiyi mətbuat konfransında deyib. 

Fransalı funksioner bildirib ki, "Bakı-2015" I Avropa Oyunlarında gimnastikanın imici dəyişəcək: "Bu da 4 olimpiya, 2 qeyri-olimpiya tipli gimnastikanın Oyunların proqramına daxil olunması ilə əlaqədardır. UEG buna cəhd edir və nail olur. Biz Bakıda sabahın sxemini təklif edirik. Əlbəttə, hər şey əla olmaya bilər. Ancaq cəhd etmək lazımdır. Gimnastikanın bu günü və sabahı üçün cəhd etməliyik. Əsas məsələ texniki deyil, idman mövzusunda danışmaqdır. Gimnastika var və davam edəcək. Bu idman növü insanların rifahına, insanların sağlamlığına xidmət etməlidir".

UEG prezidenti görülən işlərdən razı olduğunu da bildirib:  "Azərbaycan Gimnastika Federasiyasının köməyi ilə təşkil olunan işlərə ümid edirəm. Bu test yarışları bəzi şeylərin qurulmasına xidmət edəcək. Təbii ki, belə yarışların təşkili mürəkkəbdir. Ancaq burada əsas məqsəd tamaşaçıları məmnun etməkdir. Bizim yarışlarımız bəzən çox uzun çəkir. İndi çalışırıq ki, bu yarışlarda dinamiklik, operativlik olsun. Təşkil olunan sınaq yarışları çox önəmlidir. Bu da Oyunlar ərəfəsində bizə böyük stimul verəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi