Jolanda Neff: "Son üç dövrədə qələbə üçün maksimum səy göstərdim"

Jolanda Neff: "Son üç dövrədə qələbə üçün maksimum səy göstərdim" Avropa Oyunlarının ilk qızıl medalını qazanan idmançı yarış haqqında təəssüratlarını bölüşüb
Avropa Oyunları
115
13 İyun , 2015 16:20
Jolanda Neff: Son üç dövrədə qələbə üçün maksimum səy göstərdim

Bakı. 13 İyun. REPORT.AZ / "Mən birinci yerə ümid edirdim və güclü küləyə baxmayaraq, son üç dövrədə qələbə qazanmaq üçün maksimum səy göstərdim". "Report" xəbər verir ki, bu barədə "Bakı 2015" I Avropa Oyunlarının qadınlar arasında dağ velosipedi idmanı üzrə yarışda ilk qızıl medalını qazanan Jolanda Neff bildirib.

"Çox şadam ki, mən I Avropa Oyunlarında iştirak edirəm və yarışların ilk qızıl medalı mənə təqdim edildi. Bu, çox böyük hadisədir və burada hər şey ideal təşkil olunub. Özümü bu yarışın bir hissəsi kimi hiss etmək məni olduqca sevindirir", -  idmançı bildirib.

Son xəbərlər

Orphus sistemi