Azərbaycan “Minsk 2019” II Avropa Oyunlarında 79 idmançı ilə təmsil olunacaq.
Bu barədə “Report”a Azərbaycanın şef de-missionu,
Onun sözlərinə görə, Azərbaycan Belarusun paytaxtına 165 nəfərə yaxın heyətlə yollanacaq. Onlardan 121 nəfəri Atletlər kəndində qalacaq.
“Minsk 2019” II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq.
I Avropa Oyunları 2015-ci il 12 - 28 iyunda Bakıda təşkil olunub. Azərbaycan millisi bu yarışda 21 qızıl, 15 gümüş və 20 bürünc olmaqla, əldə etdiyi 56 medalla 2-ci yeri tutub. Rusiya yığması isə ən çox - 164 medal (79 qızıl, 40 gümüş və 45 bürünc) götürüb.