Yuxarı

İlk Avropa Oyunlarının məşəli Ucar rayonuna çatıb

Məşəli daşımaq üçün rayonun 10 fəal gənci seçilib

Bakı. 21 may. REPORT.AZ/ İlk Avropa Oyunlarının məşəli bu gün Ucar rayonuna çatıb. "Report" xəbər verir ki, rayonun Koroğlu küçəsində tarix müəllimi Tağı Məmmədov məşəli qəbul edib. Məşəli daşımaq üçün rayonun 10 fəal gənci seçilib. 

Məşəl yürüşü Heydər Əliyev prospekti boyunca 2100 metr məsafənin qət edilməsi ilə Heydər Əliyev Mərkəzinin qarşısında sona çatıb. Güləş üzrə məşqçi Seymur Quliyev səhnəyə çıxaraq məşəli alovlandırıb.

Daha sonra növbə Avropa Oyunlarının çırağına çatıb. Ucara  təhvil verilən çıraq "Bakı-2015"in simvolu kimi yarışlar bitənədək Heydər Əliyev Mərkəzində yanacaq.

Daha sonra məşəl Göyçay rayonuna yola salınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi