​İlk Avropa Oyunlarının məşəli Balakən rayonuna gətirilib - FOTO

​İlk Avropa Oyunlarının məşəli Balakən rayonuna gətirilib - FOTO Oyunların rəmzi qapısında məşəli Yunan-Roma güləşi üzrə respublika çempionu Xaçpar Xalayev qəbul edib
Avropa Oyunları
159
23 May , 2015 16:56
​İlk Avropa Oyunlarının məşəli Balakən rayonuna gətirilib - FOTO

Bakı. 23 may. REPORT.AZ/ Mayın 23-də “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Balakən rayonuna gətirilib. “Report”un xəbərinə görə, Balakən şəhərinin girişində Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.

Şəhərin Heydər Əliyev prospektində əllərində Azərbaycanın dövlət bayrağı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkillər və plakatlar tutmuş minlərlə rayon sakini məşəl yürüşünün iştirakçılarını alqışlarla qarşılayıblar. Avropa Oyunlarının rəmzi qapısında məşəli Yunan-Roma güləşi üzrə respublika çempionu Xaçpar Xalayev qəbul edib.

Sonra Azərbaycanı müxtəlif yarışlarda uğurla təmsil edən 10 idmançı Avropa Oyunlarının rəmzi qapısından məşəl yürüşünə başlayıb. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə 2 730 metr məsafəni Heydər Əliyev prospekti boyunca hərəkət etməklə və Səttar Gözəlov küçəsindən keçərək Heydər Əliyev parkına gəliblər.

Sərbəst güləş üzrə Dünya və Avropa üçüncüsü Hacımurad Çöpsiyev səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırıb. Məşəldən götürülmüş alovla yandırılan “Bakı-2015”in çırağı rayon ictimaiyyətinə təqdim edilib. Yandırılan çıraq ilk Avropa Oyunları başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə verilib.

Tədbirdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi