Bakı. 22 may. REPORT.AZ/ "Bakı-2015" I Avropa Oyunlarının məşəli bu gün Ağdaş rayonuna gətirilib. "Report" xəbər verir ki, məşəl estafetinə Heydər Əliyev prospektindən məşqçi, müəllim Ramil Hüeynov start verib.
Mərasimi izləmək üçün minlərlə rayon sakini məşəl turunun marşrut xətti boyunca küçələrə axışaraq bayram abu-havasında idmançıları dəstəkləyiblər. Yol boyu düzülən rayon sakinlərinin alqış sədalarının müşayiəti ilə meydana gətilən məşəlin alovlandırılması mərasimi keçirilib.
Sonuncu məşəldar ictimai fəal, tələbə Səbinə Əlipaşayeva səhnəyə qalxaraq məşəli alovlandırıb. Daha sonra I Avropa Oyunları haqqında Ağdaş sakinlərinə geniş məlumat verilərək videoçarxlar təqdim olunub.
I Avropa Oyunlarının çırağını boks üzrə üçqat Azərbaycan çempionu Rüfət Nəbiyev yandırıb. Çıraq yarışlar başa çatana qədər Heydər Əliyev Mərkəzində saxlanılacaq.
Daha sonra məşəl Mingəçevir şəhərinə yola salınıb.