Yuxarı

I Avropa Oyunlarında iştirak edəcək İtaliya və İngiltərə idmançılarının bir qismi Bakıya gəlib

Hər iki ölkə paytaxta geniş tərkibdə gəlib

Bakı. 10 iyun. REPORT.AZ/ I Avropa Oyunlarında iştirak edəcək İtaliya və Böyük Britaniya idmançılarının ilk qrupu Bakıya gəlib. "Report"un məlumatına görə, İtaliya nümayəndə heyətinin ilk qrupunda atıcılıq, triatlon, sinxron üzgüçülük və qadınlardan ibarət su polosu üzrə yığma üzvləri yer alıb.

Onların arasında atıcılıq üzrə Olimpiya çempionu Cessika Rossi və gümüş mükafatçı Massimo Fabbrizi də var. Onlar 2012-ci il London Yay Olimpiya Oyunlarında fərqləniblər. Artıq İtaliya millisi Atletlər Kəndində də yerləşdirilib. Komandanın texniki direktoru Elio Lokatelli Kənddə balkondan öz ölkəsinin bayrağının asıldığını gördükdə deyib: "Həqiqətən də çox gözəl məkandır. İndiyədək 16 Yay və Qış Olimpiya Oyunlarında iştirak etmişəm. Bu, gördüyüm olimpiadalardan da gözəldir".

Böyük Britaniya nümayəndə heyəti də Bakıya geniş tərkibdə gəlib. Heyətdə Olimpiya çempionları Nikola Adams, Ceyd Cons və Ed MakKiver də olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi