II Avropa Oyunları: Hacı Əliyev finala yüksəlib - YENİLƏNİB-3 - FOTO

II Avropa Oyunları: Hacı Əliyev finala yüksəlib - YENİLƏNİB-3 - FOTO Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Minsk 2019 II Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.
Avropa Oyunları
26 İyun , 2019 19:13
II Avropa Oyunları: Hacı Əliyev finala yüksəlib   - YENİLƏNİB-3 - FOTO

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev "Minsk 2019" II Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, rəqib Ukrayna təmsilçisi Hor Ohanesyan olub.

Görüşün ilk yarısı Ohanesyanın üstünlüyü ilə tamamlanıb.

İkinci hissədə isə Əliyev 4 xal alaraq, önə çıxıb. Rəqib etirazla 1 xal alaraq, görüşü 4:4 hesablı heç-heçə ilə tamamlasa da, Azərbaycan təmsilçisi fəal güləşməsi səbəbindən qalib olub.

Finalda Əliyevin rəqibi Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili olacaq. Görüş iyunun 27-də keçiriləcək.


***14:31

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev 1/4 final görüşündə belaruslu Georgi Koliyevlə üz-üzə gəlib.

"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, o, Koliyevi də 7:5 hesabı ilə üstələyərək yarımfinala çıxıb.

Finala gedən yolda 28 yaşlı idmançı daha bir erməni - Ukrayna təmsilçisi Hor Ohanesyanla qarşılaşacaq.

97 kq çəkidəki Nurməhəmməd Hacıyev isə 1/8 finalda polşalı Radoslav Baranı məğlubiyyətə uğradıb - 6:0. Onun 1/4 finaldakı rəqibi gürcüstanlı Elizbar Odikadze olub. N.Hacıyev 7:3 hesablı qələbə sayəsində yarımfinala yüksəlib və o da Ukrayna təmsilçisi - Murazi Mçedlidze ilə görüşəcək.


*** 13:33

Hacı Əliyev 1/4 final görüşündə belaruslu Georgi Koliyevlə üz-üzə gələcək.

"Report"un Belarus paytaxtı Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, 97 kq çəkidəki Nurməhəmməd Hacıyev isə 1/8 finalda polşalı Radoslav Baranı məğlubiyyətə uğradıb - 8:0.

Onun 1/4 finaldakı rəqibi isə gürcüstanlı Elizbar Odikadze olacaq.


*** 12:38

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev "Minsk 2019" II Avropa Oyunlarına qələbə ilə başlayıb. 

"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan titullu idmançı 1/8 final görüşündə Ermənistan təmsilçisi Valodya Franqulyana heç bir şans verməyib - 6:0.

Daha bir sərbəst güləşçi Hacımurad Hacıyev isə təsəlliverici qarşılaşmada Kirillos Binenmpauma 10:3 hesabı ilə qalib gələrək, bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. O, axşam seansında ukraynalı Vasili Mixaylovu yensə, fəxri kürsüyə yüksələcək.

86 kq çəkidə yer alan Aleksandr Qostiyevin isə bürünc medal görüşündə rəqibi müəyyənləşib. Qostiyev təsəlliverici görüşdə qələbə qazanan san-marinolu Nazem Mines Amine ilə qarşılaşacaq.

125 kq çəkidəki Cəmaləddin Məhəmmədov bürünc medal qarşılaşmasında təsəlliverici görüşünü qalib kimi başa vuran rumıniyalı Rares Kintoanla üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi