Bakı. 11 İyun. REPORT.AZ/ Gimnastika üzrə Rusiya yığması Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycana gəlib.
"Report" TASS-a istinadən xəbər verir ki, gimnastlarla birgə çərşənbə günü paytaxt Bakıya su polosu, voleybol yığmaları, triatlon və mauntinbayk üzrə yarış iştirakçıları da gəliblər.
Avropa Oyunlarında gimnastika üzrə turnirdə 14 dəst medal oynanılacaq.