​Fəridə Əzizova: Artıq 4-cü dəfədir ki, rusiyalı idmançıya məğlub oluram

​Fəridə Əzizova: Artıq 4-cü dəfədir ki, rusiyalı idmançıya məğlub oluram "Bundan sonrakı mübarizələrdə onu yenmək üçün səy göstərəcəyəm"
Avropa Oyunları
19 İyun , 2015 00:25
​Fəridə Əzizova: Artıq 4-cü dəfədir ki, rusiyalı idmançıya məğlub oluram

Bakı. 19 İyun. REPORT.AZ/ "Artıq 4-cü dəfədir ki, rusiyalı idmançıya məğlub oluram. Yəqin ki, bu mənim səhvimdən baş verir. Hər dəfə eyni səhvi edirəm və onu heç cür düzəldə bilmirəm. Bundan sonrakı mübarizələrdə onu yenmək üçün səy göstərəcəyəm".

"Report" xəbər verir ki, bu sözləri "Bakı-2015" I Avropa Oyunlarında taekvondo üzrə yarışların final görüşündə (67 kq. çəkidə) rusiyalı Anastasiya Barişnikovaya 5:6 hesabı ilə məğlub olan Azərbaycan təmsilçisi Fəridə Əzizova bildirib.

O, sona qədər dəstək göstərdiklərinə görə azarkeşlərə minnətdarlıq edib:

"İlk olaraq Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm ki, sona qədər mənə dəstək oldular və inandılar. Təəssüflər olsun ki, Azərbaycanın hesabına bir qızıl medal yazdıra bilmədim və buna görə Azərbaycan xalqından üzr istəyirəm".

Son xəbərlər

Orphus sistemi