Ermənistan Bakıda Avropa Oyunlarına qatılacaq

Ermənistan Bakıda Avropa Oyunlarına qatılacaq Avropa Olimpiya Komitəsinin rəhbəri deyib ki, münaqişənin davam etməsinə baxmayaraq, Ermənistan ilk Avropa Oyunlarında iştirak edəcək
Avropa Oyunları
6 Noyabr , 2014 02:14

Bakı. 6 noyabr. REPORT.AZ / Ermənistan təmsilçiləri 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edəcəklər.

"Report" Associated Press agentliyinə istinadən xəbər verir ki, bunu Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki deyib.

O, qeyd edib ki, qonşu ölkələr arasında münaqişənin davam etməsinə baxmayaraq, Ermənistan Bakıda ilk Avropa Oyunlarında iştirak edəcək.

Onun sözlərinə görə, bütün problemlər həll olundu: "Onlar gələn il Avropa Oyunlarında iştirak etməyə razılıq verdilər".

Son xəbərlər

Orphus sistemi