“Avropa Oyunlarda böyük heyətlə iştirak edəcəyik. Nümayəndə heyətimizdə 150 nəfərdən 80-ni idmançıdır. Ümumilikdə, 10 idman növündə təmsil olunacağıq. Ən böyük heyət isə güləş növündədir”.
“Report”un məlumatına görə, bunu
O bildirib ki, təşkilatçıların gediş-gəlişə dair tələblərinə əsasən, çarter reysi ilə yollanmaq mümkün olmayacaq.
İdmançı sayının hələ dəqiqləşmədiyini deyən Ç.Hüseynzadə siyahıda dəyişikliyin son günədək mümkünlüyünü söyləyib. Bayraqdar üçün bir neçə variantı nəzərdən keçirdiklərini vurğulayan MOK rəsmisi həmin şəxsin yarışa ilk günlərdə başlayanlardan birinin olacağını diqqətə çatdırıb: "İndidən ad açıqlayıb ajiotaj yaratmaq istəmirik".
“Bakı 2015” I Avropa Oyunlarındakı nəticənin təkrarlanmasının qeyri-mümkünlüyünü deyən Ç.Hüseynzadə güləş, boks, cüdo və karatedən daha çox medal gözlədiklərini diqqətə çatdırıb: “Proqnoz vermək çətindir. Çalışacağıq ki, medallarımızın sayı kifayət qədər olsun. Bu Oyunların “Tokio-2020”nin heyətinin müəyyənləşməsində böyük rolu olacaq. Çalışacağıq ki, ümumi hesabda “10-luğ”a düşə bilək”.
“Minsk 2019” yarış təşkilatçılığı baxımından yüksək səviyyədə olacaq”, - deyən Ç.Hüseynzadə komandaların və rəhbərliyin məskunlaşması baxımından I Avropa Oyunlar kimi təmtəraqlı olmayacağını dilə gətirib. Minskdə idman obyektlərinin bir-birinə yaxınlığını müsbət dəyərləndirən MOK rəsmisi nəqliyyatla bağlı müəyyən problemlərin mövcudluğundan xəbərdar olduğunu vurğulayıb.
“Tokio-2020”yə hələlik bir lisenziyanın qazanıldığını deyən Ç.Hüseynzadə bu sayın tezliklə artacağına əminliyini bildirib: "Bir sıra növlərdə, xüsusən, atıcılıq növündə ilk lisenziyalar Minskdə qazanıla bilər".
Mayın 20-də Minskdə təşkil olunacaq Azərbaycan günü barədə də danışan funksioner həmin gün ayrılacaq pavilyonda səfir Tünzalə Ağayevanın konset verəcəyini və rəqs qrupunun çıxış edəcəyini söyləyib. Ç.Hüseynzadə deyib ki, “Zəfər günləri” II Avropa Oyunları və “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı da davam edəcək.
Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. I Avropa Oyunları 2015-ci il 12 - 28 iyunda Bakıda təşkil olunub.