​Çimərlik voleybolunda növbəti görüşlər keçirilib

​Çimərlik voleybolunda növbəti görüşlər keçirilib Türkiyə Hollandiyaya qalib gəlib
Avropa Oyunları
19 İyun , 2015 12:01
​Çimərlik voleybolunda növbəti görüşlər keçirilib

Bakı. 19 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında çimərlik voleybolu üzrə növbəti görüşlər keçirilib. "Report"un məlumatına görə, saat 10:00-da 8 komanda mübarizəyə start verib.

İtaliya komandası Yunanıstanla qarşılaşıb. Matç italyanların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər oyununda isə Latviya və Ukrayna komandaları üz-üzə gəlib. Matçın sonunda sevinən tərəf latviyalılar olub - 2:1. Bu nəticə ilə hazırda İtaliya 6 xalla qrup birincisi, Yunanıstan isə 5 xalla ikincidir. Latviya və Ukrayna komandaları isə müvafiq olaraq 3 və 4-cü pillələri bölüşürlər.

Digər 2 görüş isə E qrupunda keçirilib. İlk olaraq Türkiyə Hollandiya ilə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb. İsrail və Çexiya komandalarının görüşündə də ikincilər məğlubiyyətlə üzləşib. Matç İsrailin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 3 görüşdən sonra İsrail qrup birincisidir - 6 xal. İkinci yerdə Çexiya (5 xal), üçüncü pillədə isə Türkiyə (4 xal) qərarlaşıb. Hollandiya isə 3 xalla qrup sonuncusudur.

Son xəbərlər

Orphus sistemi