Bolqarıstanın əfsanəvi futbolçusu Xristo Stoiçkov Bakıya gəlmək istəyir

Bolqarıstanın əfsanəvi futbolçusu Xristo Stoiçkov Bakıya gəlmək istəyir O, "Bakı 2015"i izləmək üçün hər şeyi edəcək
Avropa Oyunları
10 İyun , 2015 10:00
Bolqarıstanın əfsanəvi futbolçusu Xristo Stoiçkov Bakıya gəlmək istəyir

Bakı. 10 iyun. REPORT.AZ/ Bolqarıstanın veteran futbolçusu Xristo Stoiçkov "Bakı 2015" I Avropa Oyunlarını izləmək niyyətindədir. "Report"un məlumatına görə, bu barədə ötənlərin məşhur hücumçusu yerli mətbuata açıqlama verib. 

Bolqarıstan nümayəndə heyətinin forması ilə poz verən X.Stoiçkov Azərbaycan paytaxtında keçiriləcək Oyunlarda iştirak üçün mümkün olan hər şeyi edəcəyini bildirib. O, ölkə yığmasını dəstəkləmək üçün Bakıya yollanmaq istədiyini söyləyib: "Hər şey mənim ABŞ-ın "Univision" telekanalı qarşısındakı öhdəliyimdən asılıdır. Bu telekanalla mənim müqaviləm var". 

Qeyd edək ki, Bolqarıstan nümayəndə heyəti Sofiyanı bu gün səhər saatlarında tərk edəcək. 

Son xəbərlər

Orphus sistemi