Yuxarı

Beynəlxalq Olimpiya Komitəsinin prezidentinə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəxri doktoru adı verilib

Diplomu Baxa Ağacan Abiyev təqdim edib

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Bakıda səfərdə olan Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Baxa akademiyanin fəxri doktoru adı verilməsi münasibətilə tədbir keçirilib. “Report”un məlumatına görə, tədbirdə almaniyalı olimpiya və dünya çempionu ilə yanaşı, gənclər və idman naziri Azad Rəhimov, İOC-un fəxri prezidenti Jak Roqqe, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə də qatılıb.

Tədbiri açan akademiyanın rektoru və MOK-un baş katibi Ağacan Abiyev Azərbaycan paytaxtına ilk dəfə səfər edən Baxın karyerası barədə danışıb.

Abiyev bildirib ki, akademiya yüksək nailiyyətlərini nəzərə alaraq, İOC prezidentini öz sıralarına qəbul etməyi və ona fəxri doktor diplomu verməyi qərara alıb.

Sonra təltifetmə mərasimi keçirilib. Diplomu T.Baxa A.Abiyevin özü təqdim edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi