Belarus hökumət İkinci Avropa Oyunlarına hazırlığı müzakirə edib

Belarus hökumət İkinci Avropa Oyunlarına hazırlığı müzakirə edib İclasın yekununda II Avropa Oyunlarının hazırlığı və keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
Avropa Oyunları
24 Mart , 2017 16:23
Belarus hökumət İkinci Avropa Oyunlarına hazırlığı müzakirə edib

Bakı. 24 mart. REPORT.AZ/ Belarusun baş naziri Andrey Kobyakovun sədrliyi ilə 2019-ci il II Avropa Oyunlarının hazırlığı və keçirilməsi üzrə respublika təşkilat komitəsinin iclası keçirilib.

“Report” Belarus hökumətinin saytına istinadən xəbər verir ki, Oyunların keçirilməsi üzrə müqavilənin layihələri, idman proqramı, idman obyektlərinin tikinti və təmir işlərinin gedişatı nəzərdən keçirilib, media mərkəzin yerləşdirilməsi variantları müzakirə edilib.

İclasın yekununda 2019-cu ildə Belarusda keçiriləcək II Avropa Oyunlarının hazırlığı və keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib.

Qeyd edək ki, Birinci Avropa Oyunları 12-28 iyun tarixində Bakıda keçirilib.

Son xəbərlər

Orphus sistemi