Yuxarı
    Bağlamaq

    ​Bakıda I Avropa Oyunları zamanı Rusiya evi açılacaq

    Ev 11-28 iyun tarixlərində hər gün səhər 10-dan fəaliyyət göstərəcək

    Bakı. 29 aprel. REPORT.AZ/ I Avropa Oyunları zamanı Bakının mərkəzində Rusiya komandasının evi açılacaq.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Olimpiya Komitəsinin (ROK) Bakıda keçiriləcək Avropa Oyunlarında KİV-in işinin təşkili məsələləri üzrə müşavirədə məlum olub.

    Ev iyunun 11-dən 28-dək hər gün səhər saat 10-dan fəaliyyət göstərəcək. ROK prezidenti Aleksandr Jukovun da iştirak edəcəyi təntənəli açılış mərasimi iyunun 11-də olacaq. Ev Bakının düz mərkəzində "Rossotrudniçestva"nın beşmərtəbəli binasıda yerləşəcək. Birinci mərtəbə azarkeşlərin ixtiyarına veriləcək. Digər mərtəbələrdə ekspozisiyalar, press-zona olacaq.

    Rusiya komandasının evində hər axşam rusiyalı idmançılar, ROK nümayəndələri, həm Rusiya və həm də Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri ilə görüş keçiriləcək.

    "Bu, Bakıda əsl Rusiya-Azərbaycan dostluq evi olacaq", - deyə Rusiya komandası evinin Təşkilat Komitəsinin nümayəndəsi Anastasiya Qriqoryeva bildirib.

    İlk Avropa Oyunları 12-28 iyun tarixlərində Bakıda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi