Yuxarı

​Bakı Olimpiya Stadionunun açılacağı tarix məlum olub

Bütün idman qurğularının açılış mərasimi eyni vaxtda baş tutacaq

Bakı. 6 fevral. REPORT.AZ/ "Bütün idman qurğularının açılış mərasimi eyni tarixdə baş tutacaq". "Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stadionda gedən işlərlə tanış olub: "Artıq işlərin 97 faizi tamamlanəb. Hər hansı idman qurğusunun xüsusi açılış tədbirini gözləmirik. Çünki idman qurğusu hazır olan kimi müvafiq avadanlıqlar quraşdırılacaq. Açılış elə iyunun 12-nə təsadüf edəcək. Ən yaxın tarix budur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi