Yuxarı
    Bağlamaq

    "Bakı 2015"də ötən gün 9 yarış məkanına 23 mindən çox tamaşaçı gəlib

    Saymon Kleq: Bugünkü tədbirlərə 30 minə yaxın tamaşaçının gəlişini gözləyirik

    Bakı. 17 iyun. REPORT.AZ/ "Avropa Oyunlarının yüksək keyfiyyətindən olduqca məmnunuq. Hətta könüllülər də Oyunlara çox fədakar yanaşır. Onlar olmasaydı, belə böyük tədbirlər keçirmək olmazdı". "Report"un məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib. 

    S.Kleq ötən gün 9 yarış məkanına 23 mindən çox tamaşaçının gəldiyini açıqlayıb: "Bu, bütün məkanlardakı orta tutumun 70-75 faizi deməkdir: "Dünən 4 idman növü üzrə yarışlar keçirilib. 5 yarış növü üzrə medallar artıq qazanılıb. Taekvando üzrə ilk yarış günü olub. Çimərlik voleybolu və atıcılıq üzrə, həmçinin kamandan oxatma yarışları keçirilib. Bunlar sırf oyunların tərkib hissəsi yox, həm də reytinq xalları qazandıran yarışlar olub. Eyni zamanda avarçəkmə yarışlarına 10 dəst medalla yekun vurulub. Oradan idmançılar Bakıya qayıtmaq üzrədir. Sonra isə vətənlərinə dönəcəklər. Həmçinin üzgüçülük üzrə yarışlar başa çatıb. İndi isə tədricən sinxron üzgüçülükdən suya tullanmaq üçün zalı hazırlayacağıq. 

    Bakıdakı Atletlər Kəndində 5 115 idmançı və rəsmilərin yaşadığını deyən baş direktorun sözlərinə görə, bu gün ölkədən çıxan idmançıların sayının gələnləri 3 dəfə üstələyəcəyini bildirib: "Tədricən yarışlar bitdikcə idmançılar ölkəni tərk edir. Konkret olaraq bugünkü tədbirlərə 30 minə yaxın tamaşaçının gəlişini gözləyirik. Stolüstü tennis üzrə 11 medal təqdim olunacaq. Eyni zamanda Bakı Olimpiya Stadionunda Açılış Mərasimindən sonra arenanın atletika, akrobatika gimnastikasına keçid prosesi üçün örtüyün dəyişdirilməsi başa çatmaq üzrədir. Gözlənilən vaxtda proseslər həyata keçiriləcək".

    O, velosiped yarışları ilə əlaqədar yolların bu gün bağlı olacağını da vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi