Yuxarı

"Bakı-2015" sürücüləri üçün xüsusi məşğələlər keçiriləcək

Məşğələlərə 2100 sürücü cəlb olunacaq

Bakı. 22 yanvar. REPORT.AZ/ I Avropa Oyunları ərəfəsində Bakıda 2 mindən artıq sürücü geniş təlim məşğələlərindən faydalanacaq. "Bakı-2015"in Əməliyyat Komitəsindən "Report"a verilən məlumata görə, Oyunlar dövründə idmançıların, rəsmi şəxslərin və milli nümayəndə heyəti üzvlərinin daşınması üçün yeni avtobus, mikroavtobus və sedan qruplarından istifadə ediləcək.

Komitə Nəqliyyat Nazirliyi və şəhərin avtobus şəbəkəsinin müasirləşdirilməsinə cavabdeh dövlət orqanı olan Bakı Avtobus Şirkəti ilə birgə sürücülərin nəqliyyat vasitələrini təhlükəsiz və səmərəli idarə etmələri üçün lazımı bacarıqlara yiyələnmələrinin təmin edilməsi istiqamətində iş aparır. 800 avtobus sürücüsü daxil olmaqla, ümumilikdə 2100 iştirakçı gələn aylar ərzində nəzəri məşğələlər, yeni nəqliyyat vasitələri ilə praktik tanışlıq, eləcə də Oyunların idman obyektləri və marşrutları ilə tanışlıqdan ibarət üçhissəli kurs keçəcək. Oyunlar dövründə sürücülərin marşrutlarda rəsmi işə çıxmazdan əvvəl 15 günlük ixtisaslaşdırılmış təlim keçəcəkləri gözlənilir.

Qeyd edək ki, təlim kursu sürücülərin öz bacarıqlarnı təkmilləşdirmələri və Avropa Oyunları dövründəki işlərdə fəal rol oynamağa hazır olmaları üçün mükəmməl fürsətdir. Bu, həm də Azərbaycanda peşəkar sürücülərin Təkmilləşmə Mərkəzinin əsasını qoyacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi