"Bakı 2015"də medal qazanacaq İsrail idmançıları üçün mükafatın məbləği açıqlanıb

"Bakı 2015"də medal qazanacaq İsrail idmançıları üçün mükafatın məbləği açıqlanıb Gilad Lustiq: "Avropa Oyunlarında təmsilçilərimizdən 6 - 9 medal gözləyirik"
Avropa Oyunları
26 May , 2015 10:10
Bakı 2015də medal qazanacaq İsrail idmançıları üçün mükafatın məbləği açıqlanıb

Bakı. 26 may. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında İsrail 142 idmançı ilə təmsil olunacaq. "Report"un məlumatına görə, bu barədə İsrail Olimpiya Komitəsinin baş katibi Gilad Lustiq açıqlama verib. 

O, ölkəsinin "Bakı 2015"i səbirsizliklə və həyəcanla gözlədiyini bildirib. G.Lustiq bəzi növlər üzrə yarışlarda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyaların veriləcəyini xatırladaraq, bunu idmançılar üçün əla imkan adlandırıb: "İdmançılarımızdan bəziləri Avropa və dünya çempionu olublar. Amma onlar heç vaxt olimpiadaya bənzər Oyunlarda iştirak şansı qazanmayıblar. Biz Avropa Oyunlarında təmsilçilərimizdən 6 - 9 medal, 12 - 16 final gözləyirik".

İsrail rəsmiləri, həmçinin "Bakı 2015"də yüksək yerlər tutacaq idmançılar üçün mükafat fondunu açıqlayıb. O bildirib ki, qızıl medal qazanana 30 min şekel (təqribən 7 min avro), finalçıya 21 min şekel (4900 avro), bürünc mükafatçıya isə 15 min şekel (3500 avro) veriləcək. 

Son xəbərlər

Orphus sistemi