​"Bakı 2015"in medalları təqdim olunub - ƏLAVƏ OLUNUB

​"Bakı 2015"in medalları təqdim olunub - ƏLAVƏ OLUNUB Medallar üzərində dekorativ "Bakı 2015" brendinə uyğun hazırlanmış unikal təsvirlər əks edilib
Avropa Oyunları
4 Mart , 2015 17:37
​Bakı 2015in medalları təqdim olunub - ƏLAVƏ OLUNUB

İlk xəbər 16:19-da dərc olunub

Bakı. 4 mart. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının medalları təqdim olunub. "Report"un məlumatına görə, qızıl, gümüş və bürünc medallar üzərində dekorativ "Bakı 2015" brendinə uyğun hazırlanmış unikal təsvirlər əks olunub.

Mərkəzində "Bakı 2015" loqotipi olan tərtibat dinamik, heyrətamiz və zəngin mədəniyyətə malik ev sahibi şəhərin metaforasıdır. Medalın əks tərəfi isə Avropa Olimpiya komitələrinin emblemini və mətn simvolunu əks etdirir.

Medalların tərtibatı 2014-cü il Soçi Qış Olimpiya və Paralimpiya Oyunlarının medallarını da hazırlamış məşhur zərgərlik brendi Adamasla azərbaycanlı rəssam Nərgiz Hüseynovaya məxsusdur. Medallar "Azərsuvenir" şirkəti tərəfindən Azərbaycanda istehsal ediləcək.

***

Məlumat verilib ki, medalların çəkisi 380 qramdır. 

Eyni zamanda bildirilib ki, regionlarda onlayn bilet satışı olacaq, ancaq satış yalnız Bakıda həyata keçiriləcək. Xaricdə isə satış aparıla bilər və bunun üçün milli olimpiya komitələri müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi