Yuxarı

"Bakı 2015"in bəzi yarışlarına biletin qıt olması məsələsinə aydınlıq gətirilib

Saymon Kleq: Təbii ki, mövcud biletlərdən artıq sata bilmərik

Bakı. 19 iyun. REPORT.AZ/ "Bilirəm ki, bəziləri bir çox idman növləri üzrə yarışlara bilet tapmadıqları üçün təəssüf hissi keçirirlər. İnsanlar bilet almaq istəyirlər, lakin tapa bilmirlər. Lakin bəzən televiziyalara baxdıqda, boş yer gördüklərini deyirlər". Bunu "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq "Report"un sualını cavablandırarkən deyib.

"Təbii ki, mövcud biletlərdən artıq sata bilmərik. Açıq havada keçirilən tədbirlərdə bir çoxları oyun bitənə qədər idman məkanlarında qalmırlar. Həmin yerlər üçün də, yenidən bilet satmaq üçün də imkan yoxdur. Çünki həmin biletlər onsuz da satılıb. Sadəcə, bəzi insanlar aldıqları biletlərdən düzgün istifadə edə bilmirlər. Kimsə idman yarışlarında qısa müddətli iştirak etmək istəyirsə, biz buna qarşı heç nə edə bilmərik. Bu səbəblərdən də yarış məkanlarında boş yerlərə rast gəlinir. Xüsusilə də açıq havada keçirilən yarış növlərində bu hala daha çox təsadüf olunur. Şəxsən özüm istər açıq havada, istərsə də qapalı məkanlarda bir neçə yarış növlərinə qatılmışdım və tamaşaçı sayında artım müşahidə edirdim. Xüsusilə də voleybol, suya tullanmada insan tutumu kifayət qədər var idi", - Kleq bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi