Yuxarı
    Bağlamaq

    "Bakı 2015"də tarixə düşən idmançı: "Yuxumda görmüşdüm ki, kosmetikamla bağlı problemim var"

    Dominika Tsiplakova: Həqiqətən də yarışa çıxanda dodaq boyamda problem yaşadım

    Bakı. 12 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları Azərbaycanla yanaşı, Belarus Milli Olimpiya Komitəsi üçün də əlamətdar olub. "Report"un məlumatına görə, Oyunların ilk günündə hamıdan əvvəl mübarizəyə Belarusdan olan cütlük - Anna Şulgina və Dominika Tsiplakova başlayıb. 

    Yarışdan öncə çox həyəcanlı olan Dominika Tsiplakova bildirib ki, birinci çıxış edəcəyini əvvəlcədən hiss edib: "Yuxumda görmüşdüm ki, kosmetikamla bağlı problemim var. Bundan əvvəl isə yarışa birinci çıxacağımı da görmüşdüm. Həqiqətən də yarışa çıxanda dodaq boyamda problem yaşadım".

    Qeyd edək ki, Anna Şulgina və Dominika Tsiplakova dueti seçmə mərhələsində hakimlərdən 77.3667 xal alaraq 8-ci yeri tutub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi