“Bakı 2015”də iştirak edən könüllülərə veriləcək təşəkkürnamələrin təqdimatı keçirilib - ƏLAVƏ OLUNUB - FOTO

“Bakı 2015”də iştirak edən könüllülərə veriləcək təşəkkürnamələrin təqdimatı keçirilib - ƏLAVƏ OLUNUB - FOTO İlk 50 könüllü gəncə təşəkkürnamələri gənclər və idman naziri Azad Rəhimov və təhsil naziri Mikayıl Cabbarov təqdim edib
Avropa Oyunları
11 İyul , 2015 11:44
“Bakı 2015”də iştirak edən könüllülərə veriləcək təşəkkürnamələrin təqdimatı keçirilib - ƏLAVƏ OLUNUB - FOTO

Bakı. 11 iyul. REPORT.AZ/ "Bu təşəkkürnamələrdə bizim üçün 2 əziz insanın - Prezident İlham Əliyev və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın imzası var". "Report"un məlumatına görə, bunu "Bakı 2015" I Avropa Oyunlarında fəaliyyət göstərmiş könüllülərin təltifetmə mərasimində gənclər və idman naziri Azad Rəhimov deyib.

Könüllülərə təşəkkürünü bildirən nazir qeyd edib ki, bu işləri onlarsız bacarmaq mümkün olmazdı. Avropa Oyunlarının həqiqətən də dünya və Olimpiya standartlarına uyğun keçirildiyini bildirən A.Rəhimov növbəti illərdə Bakıda təşkil olunacaq nüfuzlu idman tədbirlərində könüllülərin xidmətindən yararlanmağı düşündüklərini açıqlayıb.

Təhsil naziri Mikayıl Cabbarov da "Bakı 2015" kimi böyük hadisədə könüllülərin böyük rolunun olduğunu vurğulayıb: "İlk Avropa Oyunlarının Azərbaycana mirası böyükdür. Ölkəmiz öz üzərinə böyük öhdəliklər götürə və onları qısa müddətdə yüksək səviyyədə yerinə yetirə bilən dövlət kimi tanındı. 17 minədək könüllüdən 14 mininin təhsil sistemindən olması bizi çox sevindirir, qürurlandırır. 5 dekabr - Beynəlxalq Könüllülər günüdür. Azərbaycan Könüllülər Hərəkatının yaradılması barədə təkliflər səslənir. Biz də bu prosesə və çağırışlara dəstək verməyə hazırıq".

Könüllülər adından çıxış edən Gülnar Mərdanova isə iyulun 12-də Bakıda könüllülər paradının keçiriləcəyini bildirib.

*** 11:21

Bu gün Avropa Oyunları Əməliyyat Komitəsində (BEGOC) “Bakı 2015”də iştirak edən hər bir könüllüyə veriləcək təşəkkürnamələrin təqdimat mərasimi keçirilib. “Report”un məlumatına görə, təşəkkürnamələri Prezident İlham Əliyev və Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva imzalayıb.

İlk 50 könüllü gəncə təşəkkürnamələri Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov və təhsil naziri Mikayıl Cabbarov təqdim edib.

Təşəkkürnamələrin digər hissəsi, növbəti həftə Prezident Yanında Gənclər Fondu tərəfindən veriləcək.

Son xəbərlər

Orphus sistemi