Federasiya üzvlərinə Bakı 2015-in bir sıra şöbələri, o cümlədən, Akkreditasiya, Mətbuat Əməliyyatları, Nəqliyyat və İşçi qüvvəsi şöbələri tərəfindən Oyunlarla bağlı gedən hazırlıq işləri və Oyunlar zamanı yerinə yetirilməsi gözlənilən vəzifə və əməliyyatlar barədə ən son məlumatlar verilib. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, bu cür tədbirlər Avropa Oyunları ilə əlaqədar gördükləri hazırlıq işlərinə yardım etmək üçün milli federasiyalar ilə məlumat mübadiləsi baxımından çox əhəmiyyətlidir.
Qeyd edək ki, I Avropa oyunları gələn il iyunun 12-də start götürəcək. Azərbaycan tarixində ən böyük idman tədbiri olacaq 17 günlük yarışlarda Avropa Milli Olimpiya Komitələrindən 6000-dən çox idmançı iştirak edəcək.