Yuxarı
    Bağlamaq

    Azərbaycanın 5 boksçusu ​"Bakı 2015"də 1/4 finala yüksəlib - ƏLAVƏ OLUNUB

    Saat 20:30-da Kollaso Sotomayor, saat 21:00-da isə Xaybula Musalov rinqə çıxacaq

    Bakı. 21 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında boks yarışları keçirilir. "Report"un məlumatına görə, bu gün Azərbaycanın 5 boksçusu 1/8 final döyüşünə çıxacaq.

    Əvvəlcə Yana Alekseyevna finlandiyalı Mira Potkonenlə (60 kq) üz-üzə gəlib. 4 raundluq görüş Alekseyevanın qələbəsi ilə yekunlaşıb - 4:0. O, 1/4 finalda Zinaida Dobrınina (Rusiya) - Sandra Brugger (İsveçrə) cütünün qalibi ilə görüşəcək. 

    Saat 14:15-də 69 kq çəkidə mübarizə aparan Pərviz Bağırov rinqə çıxıb. O, moldovalı Vasiliy Belousla qarşılaşıb. 3 raundluq döyüş Bağırovun qələbəsi ilə başa çatıb. 1/4 finalda rəqib almaniyalı Abass Baraou olacaq.  

    Saat 15:30-da isə kişilər arasında 91 kq-da Əbdülqədir Abdullayev mübarizəyə qoşulub. Azərbaycanlı əlcək sahibinin rəqibi macarıstanlı Adam Hamoni olub. 3 raundluq döyüşün yekununda Abdullayev 3:0 hesablı qələbə ilə 1/4 finala yüksəlib.  

    Axşam saatlarında rinqə daha iki Azərbaycan boksçusu çıxıb.

    Milli komandamızın üzvü Lorenzo Sotomayor (64 kq) Avropa Oyunlarının 1/8 final mərhələsində moldovalı Dmitri Qalaqotu məğlub edib - 3:0. Boksçumuz 1/4 finalda rumıniyalı Daniel Nikulesku ilə qarşılaşacaq. Nikulesku 1/8 finalda bosniyalı Adem Fetahoviçi üstələyib. Sotomayor növbəti görüşünü iyunun 23-də keçirəcək.

    Xaybula Musalov da (75 kq) 1/8 final mərhələsini qələbə ilə başa vurub. Boksçumuz fransalı Kristian Mbilli Assomo-Hallier üzərində qələbə qazanıb - 3:0. Milli komandamızın üzvü 1/4 final mərhələsində Belarus təmsilçisi Vitali Bandarenko ilə qarşılaşacaq. Musalov - Bandarenko görüşü iyunun 24-də keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi