Bakı. 21 noyabr. REPORT.AZ/ Bakı 2015 Avropa Oyunları ilk Avropa Oyunlarının açılış mərasiminə 200 gün qalmasını qeyd etmək məqsədilə gələn həftə şəhərdə möhtəşəm şou təşkil edəcək.
"Report" xəbər verir ki, noyabrın 24-də İçərişəhər ərazisində Səmanı xüsusi effektlərlə şəhəri işıqlandıracaq şou təşkil olunacaq.
Gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Bakı 2015-in saytına deyib ki, ilk Avropa Oyunlarının başlamasına 200 gün qalıb. Bakı şəhəri və Azərbaycan ölkənin idman tarixinin mühüm hissəsinə çevriləcək oyunlara hazırlaşır: "Eyni zamanda biz bütün ölkədə böyük maraq oyadacaq xüsusi bir xəbər elan edəcəyik və mən bu tarixi anı mümkün qədər çox sayda insanla paylaşmaq istərdim”.
Şou axşam saat 8-də başlayacaq.