Yuxarı
    Bağlamaq

    Azərbaycanlı güləşçi "Bakı 2015"də gümüş medal qazanıb

    Rafiq Hüseynov finalda Rusiya təmsilçisi Yevgeni Saleyevə uduzub

    Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan yığması "Bakı 2015" I Avropa Oyunlarında daha bir medal qazanıb. "Report"un məlumatına görə, bu dəfə yunan-Roma güləşi üzrə 80 kq çəki dərəcəsində çıxış edən Rafiq Hüseynov fərqlənib.

    O, finalda Rusiya təmsilçisi Yevgeni Saleyevə uduzaraq gümüş medalla kifayətlənib. Beləliklə, bu gün Azərbaycan yunan-Roma güləşçilərinin qazandıqları medalların sayı 3-ə çatıb. Daha öncə Rəsul Çunayev (71 kq) qızıl, Elman Muxtarov (59 kq) bürünc medala yiyələnib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi