Yuxarı

​Azərbaycanı I Avropa Oyunlarında təmsil edəcək güləşçilərin adları açıqlanıb - SİYAHI

Azərbaycan 24 güləşçi ilə təmsil olunacaq

Bakı. 8 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək güləşçilərin adları açıqlanıb. "Report"un məlumatına görə, ümumilikdə Oyunlarda ölkə adından bütün çəki dərəcələrində üst-üstə 24 pəhləvan mübarizə aparacaq.

Baş məşqçi Cəmşid Xeyrəbadi yunan-Roma güləşçilərindən Elman Muxtarov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabahi Şəriətiyə (130 kq) şans verəcək.

Semyon Çterevin baş məşqçisi olduğu qadın güləşi üzrə yığma komandada Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Natalya Sinişin (55 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Muşka (69 kq) və Gözəl Zutova (75 kq) yer alıb.

Sərbəst güləş yığmasının baş məşqçisi Saypulla Absaidov isə Yaşar (57 kq) və Hacı Əliyev (61 kq) qardaşları, Toğrul Əsgərov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Nurməhəmməd Hacıyev (86 kq), Xetaq Qazyumov (90 kq) və Cəmaləddin Məhəmmədova (125 kq) güvənəcək.

Qeyd edək ki, Heydər Əliyev adına İdman Arenasında 13-14 iyunda yunan-Roma, 15 - 18 iyunda isə sərbəst və qadın güləşi üzrə yarışlar keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi