Yuxarı

​Azərbaycanı "Bakı-2015"də təmsil edəcək idmançıların sayı açıqlanıb

Bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib

Bakı. 15 yanvar. REPORT.AZ/ "Bakı-2015" I Avropa Oyunlarında Azərbaycanı bütün idman növləri üzrə ümumilikdə 330-dan artıq idmançı təmsil edəcək. "Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.

O bildirib ki, idmançıların qarşısına heç vaxt məqsəd qoymur. Bununla belə, 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın 204 ölkə arasında 30-cu, Avropada 15-ci, 2014-cü il Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında medal sayında 10-cu olması faktı nəzərə alınmalıdır.

Qeyd edək ki, 20 növ üzrə keçiriləcək I Avropa Oyunları iyunun 12-28-də baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi