Yuxarı

Azərbaycan yığması Avropa Oyunları öncəsi Sloveniyada beynəlxalq turnirə qatılıb

Aqşin İsmayılov əvvəlki yarışla müqayisədə nəticəsini yaxşılaşdırıb

Bakı. 7 aprel. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında iştirak edəcək dağ velosipedi (MTB) üzrə Azərbaycan yığma komandası məsul yarışa hazırlığı Sloveniyada davam etdirir. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təlim-məşq toplanışı çərçivəsində idmançılar beynəlxalq turnirlərə də qatılırlar.

Aprelin 6-da Sloveniya, İtaliya, Xorvatiya və Avstriyadan olan 60 velosipedçinin iştirakı ilə təşkil olunmuş yarışda Avropa Oyunlarında iştirak etməyə namizəd olan yığmanın 4 üzvü qüvvəsini sınayıb. Onlardan ən yüksək nəticəyə Aqşin İsmayılov imza atıb. Onlardan A.İsmayılov 13-cü nəticə göstərib. Halbuki o, martın 29-da Avstriyada 100-dən artıq idmançının iştirakı ilə keçirilmiş digər yarışda 24-cü olmuşdu.

Sloveniya turnirində mübarizə aparan digər velosipedçilərə gəldikdə, Aqşin Bağırlı 19-cu, Orxan Məmmədov 20-ci, Murad Sultanov isə 22-ci yeri tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi