Yuxarı
    Bağlamaq

    ​Azərbaycan milli komandası I Avropa Oyunlarına hazırlığa başlayıb

    Güləşçilər Parisdə keçiriləcək Qran Pri turnirində ilin ilk sınağına çıxacaqlar

    Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə yığma komandası Bakı-2015 I Avropa Oyunlarına hazırlıq məqsədilə təlim-məşq toplanışına başlayıb. "Report"un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, sərbəst güləş üzrə yığma komandanın üzvləri baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov, məşqçi David Kurtsiya və gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzovun rəhbərliyi altında Rusiyanın Kislovodsk şəhərində toplanış keçəcək.

    Yanvarın 7-dən 24-dək davam edəcək təlimə əsas millidən 21, gənclərdən ibarət yığmadan 9 güləşçi qatılacaq.

    Yunan-Roma güləşçiləri isə, baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Akif Əliyev və Eyyub Azmudənin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışında olacaq. Yanvarın 5-dən başlayan toplanış 3 həftə davam edəcək. Hazırlıq prosesinə böyüklərdən ibarət yığmadan 16, gənclərdən ibarət yığmadan isə 7 güləşçi cəlb edilib.

    Qeyd edək ki, təlim-məşq toplanışları başa çatdıqdan sonra güləşçilər Fransanın paytaxtı Parisdə keçiriləcək Qran Pridə ilin ilk sınağına çıxacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi