Azərbaycanın daha 2 boksçusu "Bakı 2015"də 1/4 finala yüksəlib
- 20 iyun, 2015
- 10:45
Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən boksçu Albert Səlimov 1/4 finala yüksəlib. "Report"un məlumatına görə, 29 yaşlı idmançı 1/8 finalda Gürcüstanı təmsil edən Otar Eranosyanı məğlub edib.
3 raundluq döyüşün yekununda hakimlər A.Səlimovun daha üstün olduğu qənaətinə gəliblər - 3:0. Onun 1/4 finaldakı rəqibi Elian Dimitrov (Bolqarıstan) olacaq.
Qeyd edək ki, daha öncə Salman Əlizadə (49 kq), Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) 1/4 finala yüksəlib.
*** 14:42
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən boksçu Elvin Məmişzadə 1/4 finala yüksəlib. "Report"un məlumatına görə, 52 kq çəki dərəcəsində yer alan 24 yaşlı idmançı 1/8 finalda irlandiyalı Mayls Keysini məğlub edib.
Üç raundluq döyüşün yekununda E.Məmişzadə qələbəyə nail olub - 3:0. Onun 1/4 finaldakı rəqibi Daniel Asenov (Bolqarıstan) olacaq.