Azərbaycan "Bakı 2015"də 42-ci medalı qazanıb

Azərbaycan "Bakı 2015"də 42-ci medalı qazanıb Məhəmmədrəsul Məcidovun bürünc medalı rəsmiləşib
Avropa Oyunları
25 İyun , 2015 15:04
Azərbaycan Bakı 2015də 42-ci medalı qazanıb

Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycan "Bakı 2015" I Avropa Oyunlarında 42-ci medalı qazanıb. "Report"un məlumatına görə, növbəti nailiyyətə boks üzrə 2 qat dünya və Avropa çempionu Məhəmmədrəsul Məcidov bu nailiyyətə imza atıb. 

91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən M.Məcidovun rusiyalı Həsən Hümbətovla yarımfinal görüşünə çıxmasına icazə verilməyib. Bu səbəbdən H.Hümbətov mübarizəsiz finala yüksəlib. Azərbaycan boksçusu isə bürünc medalla kifayətlənib.

Bu, Azərbaycanın gün ərzində 2-ci medalı olub. Daha öncə qadınlar arasında 54 kq çəki dərəcəsində yarımfinal görüşündə uduzan daha bir boksçu Anna Əlimərdanova bürünc medal qazanıb. Hazırda təşkilatçı ölkənin aktivində 14 qızıl, 11 gümüş, 17 bürünc medal var.

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov əvvəlki mərhələlərdə qaşının partlaması üzündən mübarizəni dayandırmalı olub. 

Son xəbərlər

Orphus sistemi