Yuxarı

Çexiyalı nazir Azad Rəhimovu Avropa Oyunlarına görə təbrik edib

Katerina Volaxova ilə görüş Praqadakı Parlament binasında baş tutub

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Çexiyanın təhsil, gənclər və idman naziri xanım Katerina Volaxova ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş Avropa Olimpiya Komitəsinin Praqada keçirilən 44-cü Baş Assambleyası və İcraiyyə Komitəsinin iclası ərəfəsində Çexiya Parlamentinin binasında baş tutub. 

Çexiyalı nazir A.Rəhimovu salamladıqdan sonra onu "Bakı 2015" I Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkili münasibətilə təbrik edib. Hər iki ölkənin naziri öz ölkələrinin idman və gənclər siyasəti, bu sahələrdə həyata keçirilən layihələr haqda geniş məlumat verib, tədbirlərdə azərbaycanlı və çexiyalı gənclərin iştirakını yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığın daha da möhkəmlənməsinin önəmini vurğulayıblar. 

K.Volaxova görüş çərçivəsində Azərbaycanın, xüsusi olaraq, Avropa İttifaqının təsis etdiyi Vişeqrad Sazişi və Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində fəaliyyətini yüksək qiymətləndirib və əməkdaşlıq üçün təşəkkür edib. Görüşün sonunda hər iki nazir daha sıx əməkdaşlıq istiqamətində yeni layihələrin işlənib hazırlanmasının zərurətini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi