Yuxarı
    Bağlamaq

    Avropa Olimpiya Komitələrinin prezidenti: "Biz siyasi qurum deyilik" - YENİLƏNİB

    Belə təəssürat yaratmaq istəyirlər ki, guya bu Avropa İttifaqının oyunu olmalıdı. Amma bu, 50 ölkənin oyunlarıdı

    Bakı. 28 iyun. REPORT.AZ/  Patrik Hikki qeyd edib ki, Avropa Atletika Federasiyasının prezidenti ilə görüşüb və ikinci Avropa Oyunlarında yüksək səviyyədə təmsil olunacaqlarına söz veriblər: "O cümlədən Beynəlxalq Üzgüçülük Federasiyası ilə danışıqlarımız olub. Belə təəssürat yaratmaq istəyirlər ki, guya bu Avropa İttifaqının oyunu olmalıdı. Amma bu, 50 ölkənin oyunlarıdı. Məni 50 ölkə seçib. Biz də balansı gözləyirik və təşkilatçı ölkəni seçirik. Biz siyasi qurum deyilik. Hökumətə deyə bilmərik ki, “Gardian” qəzetinin əməkdaşına niyə akkreditasiya verməmisiniz. Siyasi məsələlərə qatıla bilmərik".

    P.Hikki bildirib ki, növbəti Avropa Oyunlarının məşəllərinin Azərbaycanın "Atəşgah məbədindən çıxmasını təşviq edəcəklər: "Bu çox gözəl təşəbbüsdür. Məkan da çox gözəldir".

    *** 13:20 

    "Azərbaycan mənim qəlbimdə əbədi qalacaq". 

    "Report"un məlumatına görə, Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki iyunun 28-də keçirdiyi mətbuat konfransında belə deyib. 

    İlk Avropa Oyunlarını 900 xarici jurnalistin işıqlandırdığını bildirən P.Hikki Oyunların bütün aspektlərdən çox gözəl təşkil olunduğunu bildirib: "Heç bir şikayət eşitməmişəm. İstər Oyunlar haqda, istərsə də təşkilatçılıqdan. Bütün bunlara görə Azərbaycan hökumətinə minnətdaram".

    O deyib ki, nə vaxtsa memuar yazsa İlk Avropa Oyunlarını da xatırlayacaq: "Azərbaycan Yay Olimpiya Oyunları keçirməyə bacarıqlı namizəd olduğunu təsdiqlədi. Avropa Oyunlarını gələcəkdə də Bakının xüsusiyyətlərinə uyğunlaşdıracağıq".

    Onun sözlərinə görə, növbəti Avropa Oyunlarına ev sahibliyi etmək üçün hazırda 6 namizəd var: "Bizim həyata keçirdiyimiz siyasətə əsasən, tender prosesinə qatılmırıq. Hollandiya hökuməti siyasi qərarla təşkilatçılıqdan imtina etdi. Hazırda 3 şəhərlə danışıqlar gedir. Onlardan 2-si 2023-də keçiriləcək Avropa Oyunlarına namizədliyini verəcək".

    P.Hikki jurnalistlərə "Bakı 2015" İlk Avropa Oyunlarını yüksək səviyyədə işıqlandırdıqları üçün minnətdarlıq edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi