Bakı. 9 iyun. REPORT.AZ/ "Azərbaycan tarixinin ən böyük tədbiri olan I Avropa Oyunlarına ev sahibliyi edəcək Bakıda Oyunlardan öncə canlanma və hərəkətlilik yaşanır".
"Report" xəbər verir ki, bu haqda Türkiyənin "Anadolu" Agentliyinin (AA) hazırladığı reportajda bildirilir.
AA-nın əməkdaşı Ruslan Rəhimov yazır ki, xarici jurnalistlər, idmançılar, qonaqlar, turistlər Bakiya gəlməyə başlayıb.
Fransalı könüllü Olivia Marqan bir neçə gün öncə Bakıya gəldiyini deyib: "Bakını çox sevdim. Avropa Oyunlarının möhtəşəm bir tədbir olacağına əminəm".
Serbiyalı turist Corce Koçiç də Bakıya ilk dəfə gəldiyini, buradakı hərəkətliliyi, insanların istiqanlılığını çox sevdiyini qeyd edib.
Reportajda yarışların keçiriləcəyi idman mərkəzlərində təhlükəsizlik tədbirləri, nəqliyyat vasitələri və s. haqda da ətraflı məlumat verilib.