Yuxarı

Almaniya yığması "Bakı-2015"də iştirakı Dünya Liqasından üstün tutub

Dünya çempionatının bürünc mükafatçılarının Avropa Oyunlarındakı görüşləri canlı yayımla ekranlara gətiriləcək

Bakı. 2 dekabr. REPORT.AZ/ Almaniyanın voleybol üzrə kişilərdən ibarət yığma komandası "Bakı-2015" I Avropa Oyunlarında iştirakından ötrü gələn il keçiriləcək Dünya Liqasına qatılmaqdan imtina edib. "Report"un "worldofvolley"ə istinadən məlumatına görə, Almaniya Voleybol Federasiyası 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanın Avropa reytinqində xallar toplamaqla qazanılmasının daha əlverişli olacağı qənaətinə gəlib.

Digər tərəfdən, Almaniyada heç bir telekanal Dünya Liqasının yayım hüququnu almayıb. Əvəzində "Sport1" tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarını ölkə ərazisində ekranlara gətirəcək.   

Qeyd edək ki, builki dünya çempionatında "Bundestim" bürünc medala sahib olub. I Avropa Oyunları gələn il iyunun 12-dən 28-dək davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi