Yaxın dörd ildə Azərbaycanda yumurta istehsalında 11 % artım planlaşdırılır
- 09 noyabr, 2021
- 13:23
2022-ci ildə Azərbaycanda 1 mlrd 930 mln ədəd yumurta istehsal edilməsi nəzərdə tutulur.
"Report"un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, 2023-cü ildə isə 2 mlrd ədəd yumurta istehsal edilməsi proqnozlaşdırılır. Bu, 2022-ci ilin göstəriciləri ilə müqayisədə 3,6 % çoxdur.
2024-cü ildə isə 2 mlrd 70 mln ədəd yumurta istehsal edilməsi proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 3,5 % çoxdur.
2025-ci ildə də 2 mlrd 150 mln ədəd yumurta istehsal edilməsi proqnozlaşdırılır ki, bu 2024-cü ilin göstəricisi ilə müqayisədə 3,9 % çoxdur.
2022-ci ilin yekunlarının proqnozu ilə müqayisədə isə 2025-ci ildə ölkədə yumurta istehsalı proqnozu 11,4 % artacağı gözlənilir.