Yuxarı
    Bağlamaq

    Yardımlıda kombayn çatışmır - YENİLƏNİB

    Ardıcıl yağan yağışdan sonra kəndlilərin narahatlığı daha da artıb© Report.az

    Yardımlı. 13 iyul. REPORT.AZ/ Yardımlı rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Fəxrəddin İsmayılov rayonda kombayn çatışmazlığı ilə bağlı xəbərə münasibət bildirib. O, "Report"un Cənub bürosuna deyib ki, bu il həqiqətən də Yardımlıda əkin sahələri artırılıb: "Rayonda 3549 ha sahədə taxıl əkilib. Bu günə qədər rayon ərazisində zəmilərin 60 faizi biçilib. Sözügedən ərazilər nisbətən texnikaların çətin hərəkət edə biləcəyi ərazilərdir. Çalışırıq bu istiqamətdə də işləri sürətləndirək. Bəzi kəndlərə aparan yollarda körpülər ensiz olduğundan kombaynın hərəkəri üçün problemlər yaranır. Buna baxmayaraq artıq sabahdan Siğnə kənd ərazilərinə texnika çıxarmağı planlaşdırırıq. Ümumiyyətlə, bu il məhsuldar il olduğundan becərilən hər bir sünbül qiymətlidir, ona görə də növbəlilik əsasında kəndbəkən biçin işlərini həyata keçiririk. Bu işlərə 24 kombayn cəlb etmişik. Bunlardan 4-ü aqroservisindir, digərlərini qonşu rayonlardan cəlb etmişik ki, zəmiləri vaxtında və itkisiz yığa bilək. Hazırda Arus kəndində 3, Zevin kəndində 4, Şıxlarda 2, Telavarda 2, Sırıqda 1 texnikamız çalışır. Bozayran, Dəryavar, Bürzümbül, Vəlixanlı, Köryədi, Qabaqdili, Astanlı, Gendərə və digər kəndlərdə biçin işləri yekunlaşıb". 


    *** saat 16:32

    Yardımlı. 13 iyul. REPORT.AZ/ Yardımlı rayonunda kombayn çatışmır.

    "Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Yardımlı rayonunda bu il əvvəlki illərdən çox əkin işləri aparılıb. Sakinlərin sözlərinə görə, iyirmi ildən çoxdur əkilməyən pay torpaqlarını, eləcə də icarəyə götürdükləri torpaq sahələrini əkiblər. Buna səbəb isə pay torpaqları becərilməyəcəyi halda cərimələnəcəkləri barədə xəbərdarlıq olub.

    Zeynələziz, Honoba Şıxları, Gücavar, Honoba kəndləri rayon mərkəzindən təqribən 22-25 km məsafədə, Masallı-Yardımlı yolunun yaxınlığında yerləşir. Sakinlər bu ərazidə ümumilikdə 100 hektar taxıl əkdiklərini,  on beş gündən artıqdır taxılın yığılmasına görə texnika üçün müraciət etdiklərini bildirirlər. Lakin, kombayn verməli olan təşkilatlardan xəbər yoxdur. Taxıl yetişdiyindən təsərrüfat sahibləri məhsulun qurd-quşa yem olmasından və yaxud yağış nəticəsində zay olmasından narahatdırlar. Bir neçə gün ardıcıl yağan yağışdan sonra bu narahatlıq daha da artıb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi