Viktor Bojkov: "Aİ Azərbaycanda qrant layihələrinə investisiya məsələsini də əlavə edəcək"

Viktor Bojkov: "Aİ Azərbaycanda qrant layihələrinə investisiya məsələsini də əlavə edəcək" Avropa İttifaqı Azərbaycan məhsullarının ixracında maraqlıdır.
ASK
4 Sentyabr , 2021 11:46
 Viktor Bojkov: Aİ Azərbaycanda qrant layihələrinə investisiya məsələsini də əlavə edəcək
Viktor Boykov

"Avropa İttifaqı Azərbaycan məhsullarının ixracında maraqlıdır".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov Şəkidə "Qida Festivalı" ilə bağlı keçirilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanla aqrar sahəsi üzrə 6 qrant layihəsi imzalayıb: "İmzalanmış qrant proqramlarının ən yüksək həddi 1,4 milyon ABŞ dolları olub, ən aşağı həddi 400 mindir".

V. Bojkov Azərbaycanla aqrar turizmə dəstəklə bağlı layihələrin davamlı olmasına münasibət bildirib: "Bu, Azərbaycan tərəfindən asılıdır. Əgər kənd təsərrüfatının inkişafı davam etsə, ümid edirik ki, biz də davam edəcəyik. Avropa İttifaqı layihələri 7 illik çərçivə proqramı əsasında həyata keçirir. Biz hazırda birini bitirib, digərini başlayırıq.

Növbəti mərhələ investisiya ilə bağlı olacaq. Qrant layihələr qalacaq, onlara investisiya məsələsi də əlavə ediləcək".

Qeyd edək ki, bu gün Şəkidə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İqtisadi və Sosial İnkişaf Mərkəzi, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi tərəfindən icra olunan “Məsləhət xidmətləri vasitəsilə aqroturizm, aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi çərçivəsində Qida Festivalı keçirilir.

Son xəbərlər

Orphus sistemi