Üç ölkədən Azərbaycana qızılbalıq tədarükü bərpa edib

ASK
  • 14 oktyabr, 2022
  • 05:52
Üç ölkədən Azərbaycana qızılbalıq tədarükü bərpa edib

Bu ilin ilk 7 ayı ərzində Azərbaycana xaricdən 1,781 milyon ABŞ dolları dəyərində 294,53 ton qızılbalıq (təzə və dondurulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 25,4 % çoxdur, kəmiyyət olaraq – 8 % azdır.

Hesabat dövründə Çilidən 945,24 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18,1 % çoxdur) 152,02 ton (-6,2 %), Norveçdən 584,23 min ABŞ dolları dəyərində (+67,3 %) 100,91 ton (+48,8 %), Lüksemburqdan 173,28 min ABŞ dolları dəyərində (+27,2 %) 10,74 ton (+8,2 %), Kanadadan 40,68 min ABŞ dolları dəyərində 13,56 ton, Farer adalarından 29,36 min ABŞ dolları dəyərində 16,2 ton və Türkiyədən 8 min ABŞ dolları dəyərində 1,1 ton məhsul alınıb.

Altı il 6 ayın tamamında Farer adalarından, 3 il 1 aylıq fasilənin ardından Türkiyədən, 2 il 7 aylıq aradan sonra Kanadadan tədarük bərpa edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti