Türkiyədə kənd təsərrüfatı məhsullarının ixracında rekord qeydə alınıb

Türkiyədə kənd təsərrüfatı məhsullarının ixracında rekord qeydə alınıb Türkiyənin kənd təsərrüfatı məhuslları ixracı 2021-ci ilin yanvar-avqust aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 20,5 % artaraq 17 milyard 953 milyon ABŞ dollarına çatıb.
ASK
4 Sentyabr , 2021 17:48
Türkiyədə kənd təsərrüfatı məhsullarının ixracında rekord qeydə alınıb

Türkiyənin kənd təsərrüfatı məhusllarının ixracı 2021-ci ilin yanvar-avqust aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 20,5 % artaraq 17 milyard 953 milyon ABŞ dollarına çatıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi Türkiyə İxracatçılar Birliynin hesabatına əsasən məlumat verib.

Bununla da ölkənin kənd təsərrüfatı məhsulların ixracında 8 aylıq göstəricidə tarixi rekord qeydə alınıb. Bu ilin ilk 8 ayında Türkiyədə kənd təsərrüfatı məhsullarının ixracı ümumi ixracatın 12,8 %-ni təşkil edib.

2021-ci ilin yanvar-avqust aylarındaTürkiyədə sənaye məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,8 % artaraq 106,3 milyard ABŞ dolları, mədənçilik məhsullarının ixracı 49,4 % artaraq 3,8 milyard ABŞ dollarına çatıb.

Qeyd edək ki, bu ilin avqust ayında Türkiyənin ixracı keçən ilin eyni ayı ilə müqayisədə 52 % artaraq 18,9 milyard ABŞ dolları, yanvar-avqust aylarında isə 36,9 % artaraq 140,2 milyard ABŞ dolları olub.

Son xəbərlər

Orphus sistemi